Modern.az

Goranboy sakini avtomat və narkotiklə TUTULDU

Goranboy sakini avtomat və narkotiklə TUTULDU

30 May 2023, 08:32

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb.

 

Modern.az xəbər verir ki, üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmədli şəhərində odlu silah da gizlətməsi məlum olub.

 

Şəhər ərazsində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.

 

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır