Modern.az

Şəhid ailələri və qazilər üçün yeni dəstək layihəsi

Şəhid ailələri və qazilər üçün yeni dəstək layihəsi

Aktual

30 May 2023, 15:07

Şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinə sosial dəstək məqsədi daşıyan yeni Qarabağ KOB-ları proqramına start verilib. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından şəhid ailəsi üzvü, müharibə veteranı və onların ailə üzvlərindən ibarət 50 nəfər cəlb olunacaq.

 

Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış, marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Layihə iştirakçıları, həmçinin seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə cəlb olunacaqlar.

 

Təlimləri bitirdikdən sonra onlara özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərini yaratmaları üçün zəruri avadanlıqlar təqdim ediləcək. Layihə 50 yeni sahibkarlıq subyektinin yaradılmasını nəzərdə tutur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et