Modern.az

İsrail Prezidenti yəhudi icması ilə görüşüb - FOTO

İsrail Prezidenti yəhudi icması ilə görüşüb - FOTO

Aktual

31 May 2023, 12:08

Azərbaycanda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq yəhudi icması ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail dövlət başçısı "Twitter"də bildirib.

 

"Bu səhər mən Azərbaycanda qədim yəhudi icması ilə görüşdüm. Tarix göstərir ki, yəhudi xalqı ilə azərbaycanlılar arasında münasibətlər dərin köklərə malikdir. Yüz illərdir ki, Azərbaycan yəhudiləri Azərbaycan mədəniyyətinin və siyasətinin zəngin toxumasının bir hissəsidir. Dinlərarası əməkdaşlıq, mədəniyyətlərarası tolerantlıq, hörmət irsi bu dövrdə xalqlarımız üçün zamanın tələbidir və hamımızın dünyaya verdiyi hədiyyədir", - İsxak Hersoq qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et