Modern.az

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib - VİDEO

Aktual

3 İyun 2023, 13:48

Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.

 

Modern.az xəbər verir ki, mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib.

 

Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.

 

Dünən, iyunun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et