Modern.az

BMU tələbəsi Finlandiyanın nüfuzlu universitetində

BMU tələbəsi Finlandiyanın nüfuzlu universitetində

8 İyun 2023, 15:44

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir bakalavr məzunu magistratura pilləsində təhsilini dünyanın nüfuzlu ali təhsil müəssisəsində davam etdirəcək.

 

Belə ki, universitetin Pedaqoji fakültəsinin Kimya müəllimliyi (tədris ingilis dili) ixtisasının son kurs tələbəsi Araz Osmanov Finlandiyanın ən yaxşı ali təhsil ocaqları arasında ilk üçlükdə yer alan, dünyanın aparıcı və tədqiqat yönümlü Turku Universitetinə (University of Turku) tam təqaüdlü qəbul alıb.

 

BMU tələbəsinə təhsilini sözügedən universitetin Fizika və kimya fakültəsinin Materiallar kimyası ixtisasında davam etdirməsi üçün 24 min avro həcmində təqaüd ayrılıb.

 

Qeyd edək ki, Araz Osmanov BMU-da 2022/2023-cü tədris ili üzrə bakalavr pilləsini ümumi orta müvəffəqiyyət göstəricisi 90,5 balla başa vurur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!