Modern.az

MDB-nin sərhəd komandanlarının Bakı toplantısı - FOTOLAR+VİDEO

MDB-nin sərhəd komandanlarının Bakı toplantısı - FOTOLAR+VİDEO

8 İyun 2023, 17:30

Cari ilin iyun ayının 8-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilib.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 

Tədbirdə Azərbaycan Respublikası ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətlərinin rəhbərləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB-yə üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri və fəxri qonaqlar iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir. Sərhəd Qoşunları Komandanları Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı, 2013-cü ildə 70-ci və 2017-ci ildə 78-ci iclasları Bakı şəhərində keçirilib.

 

İclasdan öncə nümayəndə heyəti tərəfindən Ümumilli Lider Heydər Əliyevin məzarı ziyarət edilərək önünə əklil qoyulub, Ulu Öndərin ruhuna hörmət və ehtiram bildirilib.

 

Tədbirdə iştirak edən MDB-yə üzv dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB dövlətlərinin sərhədlərində qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçirilmiş, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bununla yanaşı, nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır