Modern.az

Ötən gün 69 cinayətin üstü açılıb - DİN

Ötən gün 69 cinayətin üstü açılıb - DİN

Aktual

7 İyul 2023, 11:33

İyulun 6-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et