Modern.az

Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aktual

9 İyul 2023, 12:33

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.

 

Bunu Modern.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.

 

Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et