Modern.az

Ehsan Zahidovun vəzifəsi ona tapşırıldı - ƏMR

Ehsan Zahidovun vəzifəsi ona tapşırıldı - ƏMR

Aktual

11 İyul 2023, 12:56

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə olunub.

 

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib. E.Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et