Modern.az

Yuxarı Qarabağ kanalında bir nəfər batıb

Yuxarı Qarabağ kanalında bir nəfər batıb

Aktual

24 İyul 2023, 17:20

Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et