Modern.az

İcra başçısı yeni rəislə görüşdü

İcra başçısı yeni rəislə görüşdü

Aktual

25 İyul 2023, 14:54

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş İntiqam Hüseynovla görüşüb.


Görüş zamanı Naftalan şəhərində gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb, perspektivdə duran məsələlər müzakirə edilib.


İcra başçısı İntiqam Hüseynova tapşırıq və tövsiyələrini verib, ona işlərində uğurlar arzulayıb.


Qeyd edək ki, Əməkdar məşqçi Hüseynov İntiqam Rəvan oğlu Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et