Modern.az

Lui Bononun Azərbaycan səfərinin məqsədi nədir? - Britaniyalı politoloq Modern.az-a DANIŞDI

Lui Bononun Azərbaycan səfərinin məqsədi nədir? - Britaniyalı politoloq Modern.az-a DANIŞDI

21 Mart 2024, 16:21

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər etdi. 

O, regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirdi.

Qeyd edək ki, Lui Bono daha əvvəl İrəvana səfər etmişdi. O, İrəvanda Ermənistan xarici işlər naziri ilə görüşüb.

Britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında bildirib ki, sülh danışıqları sadəcə iki ölkə arasında olmalıdır:

“Lui Bono əlbəttə ki, Amerikanın maraqlarını əks etdirir. Onun hərbi keçmişi var. Lui Bonoya Azərbaycan-Ermənistan danışıqlarına “kömək etməklə” yanaşı, Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın işğalına son qoymaq tapşırılıb. 

Aydındır ki, o, Rusiyanın Cənubi Qafqazda azalan təsirindən sonra bölgədəki işlərlə məşğul olması üçün bu vəzifəyə gətirilib. Boni təxminən 30 il ərzində Qarabağ münaqişəsində status-kvonu saxlayan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Biz ABŞ-dakı erməni diasporunun siyasət, biznes və mediadakı təsirini unutmamalıyıq. Mənim fikrimcə, Bono yalnız Amerika və erməni maraqlarını təmsil edir. Düşünürəm ki, danışıqlar yalnız ikitərəfli olmalıdır. Digər tərəflər danışıqları alovlandırmaqdansa, vasitəçi olmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok