Modern.az

Əli erməni lobbisinin cibində olan Rasmussenin hesabatı qeyri-ciddidir - Cavanşir Feyziyev

Əli erməni lobbisinin cibində olan Rasmussenin hesabatı qeyri-ciddidir - Cavanşir Feyziyev

Aktual

28 Mart 2024, 16:34

“Çünki bu təşkilat ermənipərəstdir. Bu cür təşkilatların hesabatına ciddi yanaşmaq lazım deyil”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Danimarkanın eks baş naziri, NATO-nun eks baş katibi Anders Foq Rasmussenin fəaliyyətini ilə bağlı danışarkən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

Deputat bildirib ki, Rasmussenin təşkilatı kimi təşkilatlar Ermənistana lazımdır.

 

“Bu gün Ermənistan çətin durumdadır. Məhz bu amildən istifadə edən avropalı siyasətçilər onlardan istifadə edir və pullar qazanırlar. Bir sözlə biz bu cür hesabatları ciddiyə almamalıyıq”- deyə Cavanşir Feyziyev bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir