Modern.az

Parlament diplomatiyası danışıqlara töhfə verəcək - Deputat

Parlament diplomatiyası danışıqlara töhfə verəcək - Deputat

Aktual

31 Mart 2024, 14:20

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.


 
Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.
 
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

 

Bu, parlament sədrlərinin ilk görüşüdür. İlkin razılığa əsasən, növbəti görüş mayın ortalarında baş tutacaq.

 


Görüşlə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Modern.az-a açıqlamasında bildirib ki, partlament səviyyəsində görüşlərin keçirilməsi müsbət haldır:

 

“Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları formatında müəyyən irəliləyişlər var. Biz ümid edirik ki, Ermənistan tərəfi bu danışıqlarda səmimi mövqe sərgiləyəcək və öhdəliklərini yerinə yetirəcək.

 

Parlament sədrləri arasında görüşə şahidlik etdik. Biz hesab edirik ki, bu da müəyyən irəliləyişdir. Növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə olması göstərir ki, görüşlər mərhələli şəkildə olacaq. Parlament diplomatiyası iki dövlət arasında danışıqlara öz töhfəsini verə biləcək. Digər səviyyədə də görüşlərin keçirilməsinin tərəfdarıyıq. Bu kimi danışıqları müsbət qiymətləndiririk”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok