Modern.az

Cinayət törədən 55 nəfər saxlanıldı

Cinayət törədən 55 nəfər saxlanıldı

Aktual

24 Aprel 2024, 09:42

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok