Modern.az

“Yerkrapa”dan istefa - Erməni terror təşkilatında narazlıq böyüyür

“Yerkrapa”dan istefa - Erməni terror təşkilatında narazlıq böyüyür

24 Aprel 2024, 10:10

Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” Könüllülər Birliyinin üzvü Arayik Qaribyan təşkilatdan isteva verdiyi bəyan edib.

Modern.az xəbər verir ki, son hadisələrdə “Yerkrapa”nın hakimiyyəti dəstəkləməsi təşkilatda parçalanmaya səbəb olub.

“Artıq özümü əraziləri təslim etmək üçün xalqa qarşı güc tətbiq edən “Yerkrapa” Könüllülər Birliyinin sıralarında görmürəm”, - Arayik Qaribyan deyib


Bundan əvvəl Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan “Yerkrapa” Könüllülər Birliyinin sədri Sasun Mikaelyana oyanmaq çağırışı ilə müraciət edib. Bildirilib ki, aprelin 23-də Noyemberyanda “Yerkrapa”ya məxsusu avtomobil etiraz edən vətəndaşları vurub. Bir vətəndaş isə xəsarətlə xəstəxanaya çatdırılıb.

“Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur.

“Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır.
Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok