Modern.az

Ələsgər Məmmədli həbsdə qaldı

Ələsgər Məmmədli həbsdə qaldı

24 Aprel 2024, 13:14

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.

 

Modern.az xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb və vəsatət təmin olunmayıb.

 

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu il martın 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok