Modern.az

Teymur Kərimovun vəsatəti təmin olundu

Teymur Kərimovun vəsatəti təmin olundu

24 Aprel 2024, 13:22

Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Tatiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.

 

Hazırlıq iclasında təqsirləndirilən Teymur Kərimov vəsatətlə çıxış edib. O, cinayət işi üzrə materiallarla tanış olmaq istədiyini deyib.

 

Məhkəmə vəsatəti təmin edib.

 

Məhkəmə prosesi mayın 15-nə təxirə salınıb.

 

Qeyd edək ki, Teymur Kərimov və İstək Tatiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok