Modern.az

Ölkəmizdə 2454 vəkil fəaliyyət göstərir - Anar Bağırov

Ölkəmizdə 2454 vəkil fəaliyyət göstərir - Anar Bağırov

Aktual

25 Aprel 2024, 10:10

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 2018-ci ildən indiyədək 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 33 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar. Beləliklə, vəkillərin sayı 2454 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün keçirilən vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı söyləyib.

 

A.Bağırov bildirib ki, hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 21 nəfəri kişi, 12 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 472 nəfər olmaqla ümumi vəkillərin 18 faizini təşkil etməkdədir. Vəkillərdən 3 nəfəri regionlarda, 30 nəfəri isə Bakıda fəaliyyət göstərəcək.

 

“Son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verilir. Buna görə də Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemi fəaliyyətə başlayıb”, - deyə A.Bağırov əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok