Modern.az

Şəhərin mədəni həyatında yenilik - VİDEO

Şəhərin mədəni həyatında yenilik - VİDEO

28 May 2024, 21:15

Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, eyni zamanda şəhər sakinləri və qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilib.

 

Modern.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşdırılıb.

 

Bu layihənin əsas məqsədi şəhərin müxtəlif məkanlarında (açıq havada) paytaxtın musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramları təşkil etmək, gənc musiqiçi, rəssam və rəqqasların öz istedadlarını nümayiş etdirməkləri üçün şərait yaratmaq, eyni zamanda şəhərin mədəni mühitinə özünəməxsus rəng qatmaqdır.

 

2024-cü ilin may–iyun aylarını əhatə edəcək silsilə tədbirlərin açılış konserti 28 may tarixində Bakı şəhəri Fəvvarələr meydanında baş tutub

 

Ümumilikdə layihə çərçivəsində Bakı şəhərinin 20-dək musiqi və incəsənət məktəbinin şagirdləri iştirak edib.

 

Qeyd edək ki, dünyanın bir çox paytaxt şəhərlərində ənənəvi olaraq şəhərin incəsənət kollektivləri açıq səhnə təqdimatları ilə özünəməxsus kolorit, fərqli ab-hava və baxımlı sənət nümunələri nümayiş etdirirlər. Bu da daha geniş ictimaiyyətlə canlı təmas və fərqli təqdimat üçün əlverişli imkan yaradır. Belə təcrübədən faydalanaraq Bakı şəhərinin musiqi və incəsənət məktəbləri, mədəniyyət könüllülərinin iştirakı ilə paytaxtımızın mədəni mühitinin zənginləşməsinə töhfə verəcək, habelə şəhər sakinləri və paytaxta təşrif buyurmuş qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı layihəni həyata keçirir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti