Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Ziyadxan Bəkirov uzun sürən ağır xəstəlikdən sonra dünən dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə hərbi jurnalist Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, mərhum zabit sabah anadan olduğu Gürcüstan Respublikasında, doğma Kəpənəkçi kəndində torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!