Modern.az

Ukrayna qaçqınları hansı ölkələrdə sığınacaq tapıb? - RƏQƏMLƏR

Ukrayna qaçqınları hansı ölkələrdə sığınacaq tapıb? - RƏQƏMLƏR

Analitika

2 Noyabr 2023, 17:08

Rusiyanın hücumundan sonra Ukrayna əhalisinin 20%-dən çoxu qaçqın vəziyyətinə düşüb. Onların yarıdan çoxu Avropada, xüsusilə Polşa, Almaniya və Çexiyada sığınacaq tapıb. Lakin Estoniya kimi kiçik ölkələr də ukraynalı qaçqınalara qapısını açıb. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, Ukraynada müharibənin başlamasından 1 il sonra bütün Avropada 8 milyondan çox ukraynalı qaçqın qeydiyyatdadır.

 

Qaçqın olan Ukrayna vətəndaşlarının yarısından bir qədər çoxu - 4.8 milyonu Aİ üzvü olan ölkələrə və Böyük Britaniyaya sığınıb. Mütləq rəqəmlərlə 2023-cü ildə Polşa (1.5 milyon) və Almaniya (1 milyon) ən çox ukraynalı qaçqına ev sahibliyi edir. UNHCR rəqəmlərinə görə, hər 1000 nəfərə düşən qaçqınların sayına üzrə Estoniya (50,5‰) və Çexiya (46,6‰), ardınca Polşa (41,5‰) Ukrayna qaçqınlarının ən yüksək nisbətinə malikdir.

 

Bu köç İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük və ən sürətli qaçqın miqrasiyasıdır. Münaqişənin başlanmasından dörd gün sonra UNHCR artıq 500 000 qaçqını hesablayıb. Avropa İttifaqı 4 mart 2022-ci il tarixində müharibədən qaçan ukraynalılar üçün müvəqqəti müdafiə sistemi qurub. Qaçqınlar əsasən azyaşlı uşaqları olan qadınlardır. Kişilərin mütləq əksəriyyəti müharibədədir. Azərbaycana pənah gətirən ukraynalılar da var ki, onların dəqiq sayı barədə rəsmi açıqlama yoxdur. Müxtəlif mənbələrdə bu sayın 4-5 min civarında olduğu təxmin edilir.

 

"Eurostat"ın üzv dövlətlərdən topladığı rəqəmlərə görə, müvəqqəti müdafiədən yararlanan 3.8 milyon insanın 64%-i qadınlar, üçdə biri isə uşaqlardır. Bu yetkinlik yaşına çatmayanların böyük əksəriyyəti (78%) 14 yaşından aşağıdır. Avropadakı 8 milyon ukraynalı qaçqının yarısından çoxu (4.8 milyon) Ukrayna ilə həmsərhəd ölkələrdədir. Siyahıya Macarıstan, Polşa, Rumıniya, Slovakiya, həmçinin Moldova daxildir. Onlardan 2 milyonu sərhədyanı üzv dövlətlər və Moldovada qeydiyyatdadır.

 


Qalan 2.8 milyonu isə Rusiya və Belarusdadır ki, bu ölkələr fövqəladə vəziyyət şəraitində cəbhə xəttinin dəyişməsi zamanı bəzən yeganə çıxış yolu ola bilər. Bir çox ukraynalının da Rusiyada qohumları var. Ukrayna hökuməti Rusiyanın ukraynalıları, o cümlədən uşaqları öz iradəsi olmadan Rusiyaya aparması barədə məsələ qaldırıb. Avropa İttifaqı daxilində Polşa ukraynalı qaçqınlar üçün əsas ölkədir. Münaqişənin başlanğıcında ölkə təkcə mart ayında 675 min ukraynalıya sığınacaq verib.

 

Polşa, Çexiya, İtaliya və İspaniya Ukraynanın Rusiya ilə açıq müharibəsi başlamazdan əvvəl - 2021-ci ilin sonunda yaşayış icazəsi olan ən çox ukraynalının məskunlaşdığı ölkələr idi. Orta hesabla bütün 2022-ci il ərzində Çexiya 1000 nəfərə təxminən 36 qaçqınla Aİ tərəfindən verilmiş müvəqqəti müdafiədən ən çox faydalananları qəbul edib. Təxminən 1 milyon əhalisi olan kiçik bir ölkə olan Estoniya isə ötən dekabrın sonunda hər 1000 nəfərə təxminən 29 ukraynalı qəbul edib.

 

Polşada hələ də hər 1000 nəfərə 25 Ukrayna vətəndaşı qeydiyyatda olub ki, ukraynalıların bir qismi ya digər Avropa ölkələrinə köçdükləri, ya da Ukraynaya qayıtdıqları üçün bu pay sentyabr ayından davamlı olaraq azalmaqdadır. Məsələn, Rumıniya, Danimarka, Litva, Kipr və Finlandiyada ukraynalı qaçqınların əhalisinin payı aylar ərzində kəskin şəkildə artıb. Fransa, Yunanıstan, İtaliya, Malta və Macarıstan il ərzində əhalisinin nisbəti olaraq qəbul edilən ukraynalıların aşağı nisbətini qoruyub saxlayıb və 2022-ci ilin dekabrında ən aşağı qaçqın nisbətinə malik olub.

 

Ukraynalı qaçqınların ölkələr üzrə statistikasını təqdim edirik:

 

Ölkə Statistikanın tarixi  Qaçqınların sayı
Ad Ay/Gün/İl Nəfər
Almaniya 9/3/23 1,086,355
Polşa 9/3/23 968,390
Çexiya 9/10/23 368,300
Böyük Britaniya 8/1/23 210,800
İspaniya 9/3/23 186,125
İtaliya 8/11/23 167,525
Moldova 9/10/23 116,615
Slovakiya 8/27/23 107,415
Niderland 5/26/23 94,415
İrlandiya 9/10/23 93,810
Rumıniya 9/10/23 86,810
Belçika 8/22/23 73,095
Fransa 12/31/22 70,570
Avstriya 9/11/23 68,700
İsveçrə 9/5/23 65,800
Bolqarıstan 9/12/23 65,765
Finlandiya 9/10/23 61,060
Portuqaliya 6/4/23 56,995
Norveç 8/30/23 56,970
Monteneqro 9/4/23 56,915
Macarıstan 9/3/23 53,375
Estoniya 9/1/23 50,450
Litva 9/7/23 49,970
Türkiyə 8/24/23 43,670
İsveç 9/7/23 41,055
Danimarka 8/27/23 39,680
Latviya 8/15/23 32,470
Belarus 8/1/23 32,435
Gürcüstan 7/25/23 27,000
Yunanıstan 6/30/23 25,050
Xorvatiya 9/8/23 23,070
Kipr (yunan) 8/27/23 18,225
Şimali Makedoniya 9/3/23 17,315
Sloveniya 9/4/23 10,140
Lüksemburq 8/11/23 6,065
Serbiya 8/31/23 5,710
Azərbaycan 8/28/23 4,610
Albaniya 6/7/23 3,800
İslandiya 8/21/23 3,250
Malta 8/6/23 2,235
Ermənistan 7/17/23 605
Lixtenşteyn 9/5/23 520
Bosniya və Herseqovina   8/27/23 190

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…