Modern.az

Nazirlikdən hava xəbərdarlığı - temperatur 5 dərəcə aşağı düşəcək

Nazirlikdən hava xəbərdarlığı - temperatur 5 dərəcə aşağı düşəcək

Aktual

3 İyun 2020, 14:24

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu  ötən günlərlə müqayisədə 5 dərəcəyədək aşağı enəcək.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 4-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, 5-i axşam və 6-da əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

 

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?