Modern.az

Şadlıq evləri iyulun 1-dən işləyəcək

Şadlıq evləri iyulun 1-dən işləyəcək

Aktual

9 İyun 2020, 21:14

“Türkiyədə artıq restoranlar, kafelər iyulun 1-dən saat 00:00-dək fəaliyyət göstərə biləcək. Film və teatr nümayişi 1 iyuldan müəyyənləşdirilmiş qaydalarla fəaliyyətə başlayacaq. Yaşı 65-dən yuxarı olan Türkiyə vətəndaşları hər gün səhər saat 10:00-dan axşam saat 20:00-a qədər küçəyə çıxa biləcək”.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla  mübarizə tədbirləri başlayandan sonra nazirlərlə ilk dəfə keçirdiyi canlı toplantıda bildirib.


Prezident yeni normallaşma dönəmində 18 yaşa qədər olan gənclər üçün küçəyə çıxma qadağasının ləğv edildiyini qeyd edib.

Ərdoğan əlavə edib ki, nikah salonları 15 iyundan xidmətə başlayacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!