Modern.az

Bursanın məşhur Saat Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Bursanın məşhur Saat Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Ölkə

Bu gün, 23:16

Türkiyənin Bursa şəhərinin Osmangazi rayonunda, tarixi Tophane Parkında yerləşən və şəhərin ən mühüm rəmzlərindən biri hesab edilən Saat Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Modern.az xəbər verir ki, proyeksiya Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı, Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) dəstəyi ilə təşkil edilib.

Beləliklə, qardaş ölkədə Azərbaycanın şanlı Qələbəsinə olan dəstək və həmrəylik bir daha nümayiş etdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri