Modern.az

Abşeronda yol polisindən yayınan sürücü qəza törətdi

Abşeronda yol polisindən yayınan sürücü qəza törətdi

Aktual

9 İyun 2020, 23:43

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, sürücü yol polisinin "saxla" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb. Sonda o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

Qəza zamanı 1998-ci il təvəllüdlü Hüseynov Şahmar Faiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğa sınığı, bədənin müştərək travması diaqnozu qoyulub. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı