"Ölkəmizdə son günlərdə insanların ən çox koronavirusa yoluxduğu yer ictimai nəqliyyatdır. Daha sonra kafe və restoranlarda ara məsafəsinin gözlənilməməsindən infeksiyaya yoluxmalar artıb".
Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, qadınların koronavirusa yoluxması 54 faizə yüksəlib:
"Çox təəssüf ki, Siyəzən rayonunda qadınların kütləvi yoluxması baş verib. Yas mərasimində iştirak edən 12 qadın koronavirusa yoluxub".
Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib.
T.İSMAYIL