Macarıstanın nüfuzlu “Narkut Kiado” nəşriyyatı tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Azadlıq” (Szabadulás) romanını nəşr edib.
Modern.az xəbər verir ki, əsəri türk dilindən macar dilinə tanınmış macar tərcüməçisi Laura Pal çevirib.
2003-cü ildən paytaxt Budapeştdə fəaliyyət göstərən nəşriyyat oxucularını müasir və klassik macar ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələri ilə də tanış edir.
Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə nəşr edilib.