ABŞ-ın Texas ştatının Hyustan şəhərində mayın 25-də Minneapolisdə polis tərəfindən həbs edilən zaman həlak olan afroamerikalı Corc Flaydın dəfn mərasimi keçirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Floyd böyüdüyü şəhərdə, anasının yanında dəfn edilib. Qapalı keçirilən mərasimə mərhumun yaxın qohumları, dostları və azsayda qonaqlar buraxılıb. Vida mərasimində, həmçinin hüquq müdafiəçiləri və başda ABŞ-ın eks-vitse prezidenti Co Bayden olmaqla bir neçə siyasətçi də iştirak edib.
Hyustan şəhərinin meri Silvestr Terner 9 iyun tarixini Corc Floyd Günü kimi qəbul olunacağını bildirib.
“Biz Corc Floydun xatirəsini ideal insan olduğuna görə əbədiləşdirmirik. Ona görə ki, əbdiləşdirirk ki, biz hələ də azad nəfəs ala bilirik”, – deyə o, Tvitter səhifəsində yazıb.
A.Qorxmaz