Modern.az

"Azərbaycan naminə" esse müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

Aktual

10 İyun 2020, 15:30

Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində həyata keçirdiyi “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qaliblərinə mükafalar və diplomlar təqdim edilib.

 

Modern.az bildirir ki, “Azərbaycan naminə” esse yazı müsabiqəsinin yekun mükafatlandırma tədbiri nəzərdə tutulsada koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunması nəticəsində tədbir təxirə salınıb.

 

Tələbələrə kitablar, hədiyyələr, mükafatlar və diplomlar “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov tərəfindən təqdim edilib.

 

Mükafatlandırma zamanı Sevinc Alızadə və Mehman İsmayılov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı