Modern.az

“Messi əfsanədir, onu kimləsə müqayisə etmək çətindir”

“Messi əfsanədir, onu kimləsə müqayisə etmək çətindir”

Aktual

10 İyun 2020, 16:45

"Messi əfsanədir və onu kimləsə müqayisə etmək çətindir. Onun qədər qazanan birisi yoxdur. Altı "Qızıl top", altı "Qızıl buts", 2014-cü il Dünya Kubokunun ən yaxşı oyunçusu. Argentinalıların Dünya kuboklarında az futbolçuları turnirin ən yaxşıları olublar. 1978-ci ildə Kempes, 1986-cı ildə Diego Maradona, 2014-cü ilə Lionel Messi".

 

Modern.az xəbər verir ki, bunu bolqar baş məşqçi, "Barselona"nın keçmiş hücumçusu Hristo Stoiçkov Lionel Messi barədə fikirlərini bildirərkən deyib.

 

"Heç kim Messinin qazandığı qədər qazanmayacaq. Siz argentinalılar hər zaman "o, yoxsa başqası" debatını edirsiniz. Dövrləri müqayisə etmək ədalətli deyil", - deyə Hristo Stoiçkov bildirib.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!