Modern.az

Azərbaycanda vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs axtarışa verildi

Azərbaycanda vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs axtarışa verildi

Aktual

10 İyun 2020, 17:02

Azərbaycan hüquq-mühafizə orqanları vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, Bakı şəhər sakini Abasov Asif Raqif oğlu Cinayət Məcəlləsinin 215.2.1-ci (Girov götürmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 215.2.3-cü (Girov götürmə - həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 215.2.4-cü (Girov götürmə - odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 215.2.7-ci (Girov götürmə - iki və ya daha çox şəxs barəsində törədildikdə) və 215.2.8-ci (Girov götürmə - tamah niyyəti ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib. 

 

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı