Modern.az

Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verdi

Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verdi

Aktual

11 İyun 2020, 09:00

Çin alimləri tərəfindən  COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nəticələr ümidverici olub. 

 

Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.

 

Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.

 

Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan “AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti “CanSino Biologics”in və ABŞ-ın dərman firması “Moderna”nın peyvəndləridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı