Modern.az

Milli Qəhrəman Prezidentə təşəkkür etdi: “Həyatımın ən çətin anında...”

Milli Qəhrəman Prezidentə təşəkkür etdi: “Həyatımın ən çətin anında...”

Aktual

12 İyun 2020, 09:00

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov Prezident İlham Əliyevə minnətdarlıq məktubu yazıb. Modern.az-ın məlumatına görə, məktubda deyilir:


“Hörmətli cənab Prezident.

Ailəm üçün etdiklərinizə görə Sizə sonsuz ehtiramımı və minnətdarlığımı bildirirəm.

Həyatımın ən çətin anında - ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşımla bağlı ümidlərimin tükəndiyi bir vaxtda Siz kömək əlinizi uzatdınız, müraciətimə həssaslıqla yanaşaraq lazımi göstəriş verdiniz. Heydər Əliyev Fondunun xətti ilə həyat yoldaşımın Türkiyədə müalicəsi üçün bütün işlər görüldü, ailəmizə böyük sevinc bəxş edildi.

Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident. Siz və ailəniz həmişə sağlam və xoşbəxt olasınız. Mən bu qayğınızı heç zaman unutmayacağam. Mən həmişə Sizin əsgəriniz olmuşam, bu gün də hər bir əmrinizin icrasına hazıram. Allah Sizi qorusun”.


Qeyd edək ki, F.Cəbrayılov Qarabağ müharibəsi veteranıdır.

1993-1994-cü illərdə Beyləqan, Füzuli və Kəlbəcər rayonları istiqamətindəki döyüşlərdə iştirak edib.
4 aprel 1995-ci il tarixdə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışıb.

2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilib. 2015-ci ildə ordudan tərxis edilib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!