Modern.az

İranda daha 120 nəfər koronavirusdan ÖLDÜ

İranda daha 120 nəfər koronavirusdan ÖLDÜ

Aktual

19 İyun 2020, 14:46

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 120 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 392 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2615 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 200262 nəfərə çatıb.

 

İndiyədək xəstəlikdən 159 192 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 833 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!