Qazaxda yük avtomobilinin sürücüsü infarkt keçirərək vəfat edib.
Modern.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAZ" markalı yük avtomobilini idarə edərkən qəfil halı pisləşib.
O, nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşüb, lakin bir qədər sonra vəfat edib.
Sürücünün infarkt keçirdiyi bildirilir.