Modern.az

Elmar Məmmədyarov İKT çərçivəsində əməkdaşlığı müzakirə etdi

Elmar Məmmədyarov İKT çərçivəsində əməkdaşlığı müzakirə etdi

Aktual

19 İyun 2020, 20:29

Bu gün Elmar Məmmədyarov  qarşı tərəfin təşəbbüsü ilə Surinam Respublikasının Xarici İşlər naziri Yldiz Pollak Beigle ilə telefon müzakirəsi aparıb.

Xarici İşlər  Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirlər mövcud qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Surinam Respublikasının Xarici İşlər naziri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib.


Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs ediblər və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edilib.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, həmçinin bu sahədə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Nazir Yldiz Pollak Beigle Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb və Bakıya səfəri zamanı ADA Universitetində  tanışlığını məmnunluqla xatırladıb.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!