Modern.az

Yevlaxda 3 otaqlı evdə partlayış: xəsarət alan var

Yevlaxda 3 otaqlı evdə partlayış: xəsarət alan var

Aktual

19 İyun 2020, 22:47

Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 kvadrat metr sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!