İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 47 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 34 561 nəfərə çatıb.
Son sutka ərzində daha 251 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.
Bildirilir ki, son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 238 011 nəfər təşkil edib.
Məlumata görə, indiyədək İtaliyada 181 097 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.