Modern.az

Rövşən Abdullaoğlunun bu romanı təkrar nəşr olunacaq

Rövşən Abdullaoğlunun bu romanı təkrar nəşr olunacaq

Aktual

20 İyun 2020, 10:40

Müasir ədəbiyyatımızın ən çox oxunan imzalarından olan Rövşən Abdullaoğlunun "Mən yeməli deyiləm" romanı işıq üzü görüb. Karantin günləri olmasına baxmayaraq, roman satışa çıxdıqdan bir gün sonra bitib. Kitabın yenidən nəşr olunacağı bildirilib. 

 

˝Ləpirçi˝ silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən insanların mübarizəsindən bəhs edir.

 

Modern.az xəbər verir ki, yazıçı bu silsisə ilə müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirməyə çalışır.

 

Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. “İnsan olduğunu isbat etməyin bir yolu varmı?” Oxucunun üzləşdiyi bu fəlsəfi sual özündə yalnız piqmeylərin deyil, irqi, milli, dini diskriminasiyaya məruz qalmış, sadəcə başqalarından fərqləndiyi üçün ən amansız soyqırımlarla üzləşmiş bütün xalqların faciəsini yaşadır.

 

Öz əsərlərində bəşəri problemlərdən danışan, oxucunu sosial, ictimai, psixoloji mövzular ətrafında düşündürməyə çalışan müəllifin digər kitabları kimi “Mən yeməli deyiləm” romanı da çox böyük maraqla qarşılanıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!