Ermənistanda koronavirus infeksiyasına daha 551 nəfər yoluxub.
Modern.az Ermənistan KİV-nə istinadən verdiyi xəbər verir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 19 157, xəstəlikdən ölənlərin sayı isə 332 nəfərə çatıb.
Hazırda aktiv koronavirus xəstələrinin sayı 11 minə yaxınlaşır.