Modern.az

Günel Şamilqızının kitabı Türkiyədə nəşr olundu

Günel Şamilqızının kitabı Türkiyədə nəşr olundu

Aktual

20 İyun 2020, 11:49

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin növbəti mərhələsi olaraq, istedadlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə tanıdılması işi davam etdirilir.

 

Modern.az-ın verdiyi xəbərə görə, nazirlikdən bildirilib ki, layihə üzrə şair Günel Şamilqızının “Dev olsam ne fark eder?” adlı şeirlər toplusu Türkiyə türkcəsində işıq üzü görüb.

 

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi toplu Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!