Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qızdırması olduğuna görə imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib.
Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəni sözlərinə görə əvvəllər də suçiçəyi, qızılca, sarılığı olan insanlar imtahanlara buraxılmırdı: “İndiki zamanda kim xəstədirsə, onlara şəfa diləyirəm. Bütün məzunlar attestat alacaqlar, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq. Ancaq biz çalışacağıq ki, imtahanlarda xəstə olmayan insanları da imtahana daxil edək. İyunun 10-da imtahanlara buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, onlar bizə ərizə yazırlar. Amma xəstə olan şəxslərə şəfa arzulayırıq. Çalışacağıq ki, sağaldıqdan sonra bu məsələ həll olunsun.
O, valideynlərə uşaqları xəstədirsə, imtahana gəlməmələrini xahiş edib.
Mən xəstə olanlara, eləcə də ailəsində xəstə olanlara müraciət edirək xahiş edirəm ki, imtahan gəlməyin.Əgər valideynlər tərəddüd edirlərsə ki, uşaq narahatdır, o zaman onlar imtahana gəlməsinlər”.