Modern.az

Prezident səslərin yenidən sayılmasını istəyən səfiri diplomatik rütbədən məhrum etdi

Prezident səslərin yenidən sayılmasını istəyən səfiri diplomatik rütbədən məhrum etdi

Aktual

31 Avqust 2020, 22:56

Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkənin İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pavel Pustovoyu vəzifəsindən azad edib.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir:

“Pavel Pustovoy vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə birinci dərəcəli  fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsindən məhrum edilir. Pustovoy Belarus Respublikasının İspaniya Krallığındakı səfir vəzifəsindən, eləcə də Belarusun Beynəlxalq Turizm Təşkilatındakı daimi nümayəndəsi vəzifələrindən azad edilir”.

Qeyd edək ki, Pustovoy bundan əvvəl “Facebook” səhifəsində Belarusdakı vəziyyətin sülhlə həlli üçün prezident seçkilərinin səsvermə nəticələrinin yenidən saymaq lazım olduğunu yazmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV