Modern.az

Sərnişin avtobusundakı yanğınla əlaqədar komissiya yaradıldı

Sərnişin avtobusundakı yanğınla əlaqədar komissiya yaradıldı

Aktual

1 Sentyabr 2020, 09:18

Bakı Nəqliyyat Agentliyində, "BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verən yanğın hadisəsi ilə əlaqəddar komissiya yaradılıb.

 

Bu barədə Modern.az-a Agentlikdən bildirilib.

 

Məlumata görə, hadisənin baş verməsi ilə bağlı məsələlər komissiya tərəfindən araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, bu gün  səhər saatlarında qeydə alınıb. Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?