Milli Məclisin deputatı Ülvi Quliyev Modern.az Xəbər Agentliyinin yaradılmasının 11 illiyi ilə bağlı təbrik məktubu yollayıb.
“Modern.az Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıya
Hörmətli Elşad müəllim Modern.az Xəbər Agentliyinin bu gün 11 yaşı tamam olur. Heç bir mübaliğəsiz, Modern.az bu illər ərzində söz və fikir azadlığına, cəmiyyətimizə obyektiv məlumatın çatdırılmasına və ictimai maariflənməyə peşəkar səviyyədə xidmət göstərib. Sizə bizlərdən daha yaxşı məlumdur ki, 11 il ərzində media məkanında ön sıralarda olmaq, rəqabətə tab gətirmək böyük zəhmət, peşəkarlıq, həqiqi mənada Sözə və informasiya saflığına güzəştsiz xidmət tələb edir. Düşünürəm ki, ayaqda inamla dura bilmənizin əsas səbəblərindən biri budur və ən başlıcası, Sizin və Agentliyin baş redaktoru Əfqan Qafarlının rəhbərlik etdiyiniz tərkibcə elə də böyük olmayan kollektivinizin ləyaqətli fəaliyyətidir. Göstərdiyiniz fəaliyyət cəmiyyətimizə, hər birimizə gərəklidir. Bu faydalı işinizdə kollektivinizə yeni-yeni peşə uğurları, Sözə və informasiya məkanımızın saflaşdırılmasına xidmətdə növbəti hədəfləri fəth etməyi arzu edirəm.
Hörmətlə, Milli Məclisin deputatı Ülvi Quliyev”