Modern.az

Sabah bu insanlar üçün əlverişli hava olacaq

Sabah bu insanlar üçün əlverişli hava olacaq

Aktual

1 Sentyabr 2020, 13:04

Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  45-55 faiz təşkil edəcək.   

 

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti təşkil edəcək.   

 

Tibbi-meteoroloji proqnoz:

 

Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV