Modern.az

Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

Aktual

1 Sentyabr 2020, 17:24

Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam edirilib.

 

Modern.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi Facebook-da məlumat yayıb.

 

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. N.Həzinin sözlərinə görə, prokuror məhkəmədən T.Yaqubluya 4 il 6 ay iş istəyib.

 

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. T.Yaqublu isə ittihamları qəbul etmədiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?