Modern.az

Narazı müəllimlərin şikayəti təmin olundu

Narazı müəllimlərin şikayəti təmin olundu

Aktual

1 Sentyabr 2020, 18:47

Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı uğur qazanmayan namizədlərin apelyasiya müraciətinin nəticələri məlum olub.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, apelyasiya müraciəti etmiş 96 namizəddən 42 nəfər uğur qazanıb.

 

Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV