Modern.az

Prezidentin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxs saxlanıldı

Prezidentin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxs saxlanıldı

Aktual

1 Sentyabr 2020, 22:21

Ukraynanın Kiyev şəhərinin hökumət binalarının yerləşdiyi kvartalında, ölkə prezidentinin ofisi yaxınlığında əl qumbarası ilə silahlanmış şəxs saxlanılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyev polisinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtın hökumət kvartalında əl qumbarası ilə silahlanmış şəxs saxlayıblar.

Qeyd edilir ki, silahlı şəxsin saxlanılması ölkə prezidentinin ofisinin yerləşdiyi Bankova küçəsində həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?